Posts

İnemuri

Image
Belə bir deyim var ki, yaponlar nə yatır, nə də mürgüləyir. Onlar " inemuri" edir. Yaponiyada həyat çox sürətlidir. İş və əyləncə, demək olar, insanların bütün vaxtını alır. Beləliklə, onların yatmağa vaxtı qalmır. Çünki Yaponiyada yuxu vaxtı deyə bir anlayış yoxdur . Ölkədə yuxularını bölüb işləyən adamlar, məsələn, alimlər və samuraylar həmişə təriflənir  Add caption İnemuri yatmaq deyil. Bu, qətiyyən gecə yuxusuna yaxud naharadan sonra olan yuxuya bənzəmir. Mənşəyinə (Çin sözü) görə mənası "yatmaq və orada olmaq" deməkdir. Hansısa sosial mühitdə inemuri etməniz qəbahət sayılmır Yaponiyada.  İnemuri iş yerlərində xoşluqla qarşılanır. Bu cür yuxusuz hal insanın işə nə qədər bağlı olmasını göstərir. Yuxusuna məğlub olub hansısa görüşə qatılmamaq fiziki zəiflik sayılır. Həmçinin, alçaqkönüllülük yapon cəmiyyətində ən yüksək qiymətləndirilən cəhətlərdən biridir. Ona görə də çox işlədiyinə görə kiminsə şikayətlənməsi xoş qarşılanmır. Lakin arada dalıb getm...

Symbols of Liberty

Image
America's Statue of Liberty bears a torch and tablet inscribed with the date of the Declaration of Independence. The satue was designed in the late nineteenth century by Frenchmen Edouard Rene de Laboulaye and Frederic Bartholdi, who were inspired by Libertas, the goddess of freedom, who was worshipped in ancient Rome. Liberty was not the only popular symbol of America at the same time: the figure of Columbia had already supplanted a Native American princess as a symbol. The mythical Britannia is a man-made legend created to unify the English, Welsh, Scottish and the Irish in the seventeenth century. First mooted as a symbol under the reign of Elizabeth I, Britannia was revived under the leadership of Queen Victoria. Britain is depicted as a young woman holding Poseidon's three-pronged trident representing naval power.  Marianne (seen holding the French flag) is a symbol of liberty and reason in France. First mooted during the French revolution, she became a potent ...

6 saatlıq iş rejimi

Image
İ sveç 2015-ci ildə məhsuldarlığı artırmaq və işçilərin daha xoşbəxt hiss etməsinə nail olmaq üçün 6 saatlıq iş rejiminə keçdiyini elan etdi.  600,000 insan arasında aparılan tədqiqata görə həftədə 55 saat işləyənlərin  infarkt keçirmək riski 35-40 saat işləyənlərlə müqayisədə 33% çoxdur. Tədqiqatın nəticələrini nəzərdən keçirən İsveç hökuməti 6 saatlıq iş rejiminə keçmək barədə qərar verdi.  8 saatlıq iş rejimi faydalı işləmək üçün uzun zaman olduğunu və daha məhsuldar çalışmaq üçün 6 saatlıq iş rejiminin tətbiqinə keçən şirkətlərdən birincisi Filimundus olmuşdu. İlk sınaqdan sonra şirkət məhsuldarlığın nəzərə çarpacaq dərəcədə artdığını söyləmişdi.  Hazırda ölkədəki  bütün şirkətlər və qurumlar bu rejimdən olduqca məmnundur. İndi işçilərin ailələrinə, özlərinə daha çox ayırmağa vaxtları var.  İş rejimi ilə bağlı ən önəmli məsələrdən biri işə başlama saatıdır. Saat 09.00-da işə başlamağın tez olması fikri yayılmışdır. Oxford Universiteti Yu...

İncəsənət stressə qalib gəlir

Image
İtaliyada həyata keçirilən araşdırmaya görə  incəsənət stressi azaldır və sağlamlığa müsbət təsir  göstərir.  Bologno Universitetinin araşdımasına görə rəsm əsərlərinə baxmaq stress hormonu olan kortizolun səviyyəsini 60% -a qədər azaldır. Araşdırmanı həyata keçirmək üçün professor Enzo Gross 100 nəfərlik dərnək qrupunu Cuneo şəhərində mədəniyyət-sənət gəzintisinə apardı. İştirakçıların gəzintidən əvvəl və sonra tüpürcək nümunələri götürüldü. Təxminən 2 saatlıq incəsənət gəzintisindən sonra nümunələrdə kortizol səviyyəsi 60% azaldı.  İştirakçıların 90%-i gəzintidən sonra özlərini daha yaxşı hiss etdiklərini dedilər.  Qeyd edək ki, kortizolun yüksək səviyyəsi depressiyadan gastrtitə qədər psixoloji və fiziki bir neçə xəstəliyə səbəb ola bilər. 

Yazı tərzinə görə xarakter təhlili

Image
Əl yazısı bəzi beynəlxalq şirkətlərdə namizədin xarakterini öyrənmək üçün istifadə olunur. Fransada şirkətlər 80% intervyularda xarakter təhlili üçün bu üsuldan istifadə edirlər. Əlbəttə, hər yazını təhlil etmək çətindir. Lakin yazının bəzi formaları xarakterimiz haqqında danışır. Gəlin onlara nəzər salaq.  1) Sağ tərəfə əyilmiş formada yazırsınızsa, ünsiyyət qurmaq bacarığınızın yaxşıdır. 2) Dik formada yazırsınızsa, azadlığınıza çox düşkünsünüz deməkdir.  3) Sol tərəfə əyilmiş formada yazırsınızsa, hər detalın doğru olub-olmadığını öyrənmək istəyirsiniz. 4) Həmişə böyük hərflərlə yazırsınızsa, ünsiyyətə açıq və dostcanlı birisiniz. 5) Kiçik hərflərlə yazılan yazı məntiqin göstəricisidir. Eyni zamanda bu yazının sahibləri zidd fikirlərə sahib insanlara qarşı qəddar olurlar. Əsasən akademik və məntiqi işləri sevənlərin yazıları bu cür olur.  6) Kiçik və incə hərflərlə yazırsınızsa, çəkingən və asosyal birisiniz. Ünsiyyət qurmaq sizin üçün çətindir. 7)...

Yeni məzunlar niyə görə iş tapa bilmir?

Image
İş dünyası hələ də innovativ  məzunlar tapa bilməməkdən şikyaətlənir. İnternet üzərindən iştapma saytı olan CareerBuilder-in İngiltərə və Hindistanda apardığı araşdırmaya görə yeni məzunlarda çatışmayan bacarıqlar aşağıdakı kimidir: Problem həll etmə- Hindistan 60%, İngiltərə 40% Yaradıcı düşünmə- Hindistan 56%, İngiltərə 59% İnsanlararası ünsiyyət- Hindistan 50%, İngiltərə 49% CareerBuilder hər bir məzunun tarixçəsində təcrübə proqramının önəmli olduğunu qeyd edir. Lakin bu təcrübə proqramının müddəti və keyfiyyəti olduqca önəmlidir. Məzun həqiqətən də iş yaxud layihə üzərində işləyib yoxsa işçilərə çay,qəhvə daşıyıb?! Görəsən işverənlərin tələbləri reallıqdan uzaqdır yoxsa yeni məzunlar öz bacarıqlarını düzgün qiymətləndirmir? Bu haqda müxtəlif fikirlər vardır.  Georgetown Universitetinin Təhsil və İşgücü Mərkəzinin rəhbəri Anthony Carnevale təhsil müəssisələrinin karyera və təcrübə mövzusuna daha diqqətli olmalı olduqlarını vurğulayır. Çünki işverənlə...

9 kiçik biznes etiketi

Image
Biznes Etiket üzrə ekspert Barbara Patcher hər bir mütəxəssisin bilməli olduğu 9 əsas biznes etiket qaydaları haqqında yazır: 1) Təqdim olunan zaman həmişə ayaq üstündə durmağa çalışın.  Ayaq üstdə dayanmaq sizin varlığınızı hamıya göstərir və kimsənin sizə məhəl qoymasına mane olur. Əgər sizin ayağa qalxmaqla bağlı probleminiz varsa, qarşıya doğru uzanıb əl uzadın. Bu, sizin ayağa qalxmaq istədiyinizi göstərəcək.  2) Biznes görüşləri zamanı bütöv adınızdan istifadə edin. Əgər ad və soyadınız uzundursa, qarşı tərəfə sizə qısa formada necə müraciət edə biləcəyini deyin.  3) Əgər ev sahibisinizsə yaxud daha yüksək rütbətli şəxssinizsə, əl sıxmağa ilk siz cəhd edin.  Bəzən gender fərqinə görə kimin birinci əl uzatmasında fikir qarışıqlığı meydana gəlir. Patcher yazır ki, bu zaman aşağı rütbəli kişi çəkinmədən qadına əl uzatmalıdır. Amerikada əl sıxmaq biznes salamlaşması hesab olunur. Belə ki, siz əgər Amerikada ciddi qəbul olunmaq istəyirsini...

15 dəqiqədə intervyuya hazırlaşmaq ?

Image
Tamamilə təbiidir ki, intervyuya yaxınlaşan dəqiqələrdə özümüzü stressli yaxud əsəbi hiss edək. Təəssüflər olsun ki, bədənimizdəki narahatlıq intervyuda ən yaxşı performansımızı göstərməyə mane ola bilər. Aşağıdakı 4 növ hərəkəti etməklə siz rahatlıqla intervyuya hazırlaşa bilərsiniz. 1) Körpü duruşu 2) Rəqqas duruşu 3) Döyüşçü duruşu 4) Ağac duruşu Səhərlər bu hərəkətləri edərək yeni günə daha gümrah başlaya bilərik :) Məsləhətlər yoga ustası Mark Balfe-Taylora məxsusdur.

"Öpüş", Fransesko Hayez

Image
İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir.  Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur.  Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar.  Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqla...

CV hazırlayarkən edilməli olanlar və olmayanlar

Image
Sözsüz ki, CV kandidatın özünü təqdim etməsi üçün açar rolu oynayır. İstər siz yüksək vəzifə üçün tövsiyyə olunmuş olsanız, istərsə də yaxşı keçmişi olan karyeranız olsa belə, yeni işə müraciət edərkən yaxşı olar ki, vaxt ayırasanız və CV-nizə yenidən baxasınız. Çünki hər bir CV elan olunmuş vakansiyaya və onun tələblərinə uyğun tərtib olunarsa, daha məqsədəuyğun olar. Unutmayaq ki,  CV xroniki şəkildə şəxsi məlumatları, keryera tarixçəsini və nailiyyətləri əks etdirən sənəddir. Qızıl qaydalar Nəzərə alın ki, sizin CV-nizə vaxtı çox az olan adamlar baxacaq.  CV-nizi qısa zamanda sizin güclü namizəd olduğunuza inandıracaq şəkildə hazır edin. CV-nizi mümkün qədər qısa hazırlayın. (2-3 səhifə) Müəyyən məlumatı nəzərə çarpdırmaq üçün bold text-dən istifadə edərək yazmaq olar. CV-nizi hazırlayarkən qrammatik, leksik, xronoloji və dizaynla bağlı səhvlərdən uzaq olmağa çalışın. Yalan məlumat yazmayın yaxud həqiqəti bəzəməyin. Hazırki dövrdə bacarıqları yoxlamaq daha as...

Hansı ölkə xaricə daha çox tələbə göndərir

Image
UNESCO-nun məlumatına görə xaricdə təhsil alan tələbələrin sayına görə Çin dünya lideridir. Azərbaycan - 22,007 Gürcüstan - 9,905 Ermənistan- 6,493 Türkiyə - 44,964

Valyutalar üzərində xanımlar

Image
ABŞ-da Alabama quarter-i üzərində kar və kor yazıçı Helen Kellerin şəkli, İngilis dilində adı və Brayl əlifbası ilə adı yazılmışdır. ( Yazıçının həyatı və fəaliyyəti haqqında " The Miracle Worker" filmi çəkilmişdir)  Martha Washington, Prezident Washington-un həyat yoldaşı. ABŞ valyutası üzərində əks olunmuş ilk xanım və bu günə qədər ABŞ banknotu üzərində əks olunmuş yeganə şəxsdir.  Baxmayaraq ABŞ daha çox siyasətçi və dövlət adamlarının təsvirnə daha çox meyilli olmuşdur, digər ölkələr isə rəssamlar, yazıçılar və digər ictimai xadimlərin valyuta üzrəində təsvirinə istəkli olmuşlar. Məsələn,  Meksika 500 -peso üzərində rəssam Frida Kahlo, digər tərəfində isə onun həyat yoldaşı Diego Rivera təsvir olunub.  Şəhzadə II Elizabeth-in şəklini bir sıra müstəqil ölkələrin - B.Britaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Fici- valyutaları üzərində görmək olar. Keçmiş first lady Eva Paron. Argentina onun ölümünün 50-ci ildönümü münasibəti ilə onun rəs...

Gülüş haqqında məlumat

Image
Gülüşün təbiəti  Gülüş hərəkəti və səsi birləşdirən fiziki prosesdir. O, instinktlər tərəfindən idarə olunur.  Gülmək üçün səbəblər Gülüşlərin sadəcə 10%-i zarafat/gülməli hekayə səbəbi ilə baş verir.  Təhlükəli vəziyyətdən sonra rahatlığın ifadəsi kimi meydana çıxa bilər. Qrup daxilində əlaqələrin inkişafına kömək edə bilər. Gücün ifadəsi kimi istifadə oluna bilər ( xüsusən siyasətçilər və rəhbərlər tərəfindən). Gender fərqi ilə bağlı meydana çıxa bilər. ( araşdırmalar göstərir ki, spiker kişi olduğu halda gülməyə daha meyilli olurlar).  Gülüşün faydaları  Qəzəb, kədər kimi ağır emosiyalardan qurtulmaq üçün ən sağlam üsul hesab olunur.  Yaxşı idman sayılır ( araşdırmalar göstərir ki, gündə 100 dəfə gülmək 10 dəqiqəlik jogging-ə bərabərdir). Stressyönümlü hormonların səviyyəsində azalmaya səbəb olur. İmmun sistemini inkişaf etdirir.  Pis yuxulara mane olur və yuxu sistemini inkişaf etdirir (araşdırmalara görə yatmazdan əvvəl 10 d...

Azərbaycan xoşbəxtlik indeksinə görə 80-ci yerdədir.

2015-ci il üzr ə dünya ölk ə l ə rin növb ə ti xoşb ə xtlik indeksi açıqlanıb. BMT-nin  Dünya Xoşb ə xtlik esabatına gör ə   Az ə rbaycan 158 ölk ə arasında 80-ci yerd ə g ə lir. İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Türkiy ə is ə 76-cı, Erm ə nistan is ə 127-ci yerd ə g ə lir. Hesabata gör ə  2015-ci ild ə dünyada ə n xoşb ə xt ölk ə İsveçr ə dir. Siyahıda ilk 10-luğa İsveçr ə , İslandiya, Danimarka, Norveç,Kanada Finlandiya, Niderland,İsveç ,Yeni Zelandiya v ə Avstraliya daxildir. Siyahının sonunda is ə Ruanda, Benin, Suriya, Burindi v ə Toqo g ə lir. Araşdırma BMT-nin r ə hb ə rliyi il ə Kolumbiya Universitetind ə f ə aliyy ə t göst ə r ə n “Yer İnstitutu” t ə r ə find ə n aparılıb.  M ə qs ə d dünya ölk ə l ə ri v ə region sakinl ə rinin xoşb ə xt h ə yatını t ə min etm ə k üçün onların nailiyy ə tl ə rini göst ə rm ə kdir.  Burda ə sas ə n ölk ə l ə rin iqtisadi, siyasi, sosial, s ə hiyy ə v ə dig ə r sah ə l ə rd...

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Uğurlarınıza səbəb olan milyonlarla faktor vardır: sizin münasibətiniz, sizin insani keyfiyyətləriniz, liderlik etmək xüsusiyyətiniz, məsuliyyət götürmək hissiniz və ilaxır. TalentSmart-ın prezidenti, " Emotional İntelligence 2.0" kitabının müəllifi Travis Bradberry qeyd edir ki, çoxlarının bilmədiyi əsas bacarıq hisslərin idarə olunması və təzyiq altında sakit qala bilməkdir. Onun milyonlarla insan arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 5 xüsusiyyət aşağıdakılardır: 1. Onlar keçmişlə yaşamırlar. Uğurlu insanlar başa düşürlər ki, uğur  uğursuzluğa qarşı yüksəlmək qabiliyyətindədir. Və bilirlər ki, keçmişlə yaşasalar, bunu edə bilməyəcəklər.  Əldə etməyə dəyər istəniləm şey risk götürmək və özünə inamı heç vaxt itirməmək xüsusiyyətini tələb edir. Keçmişlə yaşayarkən irəli getmək demək olar ki, mümkün deyil. 2. Onlar problemlərin üzərində yaşamırlar və kin saxlamırlar. Bradberry deyir ki, sizin emosional vəziyyətiniz diqqətinizi hara yönləndirmənizdə...

Qadınların ideal bədən formaları

Tarix boyu qadınların ideal bədən formaları əyani olaraq göstərilmişdir. Buyurun Siz də sevimli eranızı seçin :)

Ağıllı qrupların sirri: Qadınlar

Image
“Ağıllı” qruplar mövcuddurmu yoxsa onlar sad ə c ə ağıllı insanlar toplusudur?      Massachussets Texnologiyalar İnstitutunun mövzu haqqında t ə dqiqatı qeyd edir ki, b ə zi insanlar dig ə rl ə rin ə nisb ə td ə daha ağıllıdırlar v ə onlar qısa zamanda düzgün q ə rarlar q ə bul etm ə yi bacarırlar. 699 n ə f ə rin müxt ə lif test v ə tapşırıqları h ə ll etdiyi araşdırma çoxnövlü tapşırıqların h ə llind ə qrupların daha uğurlu olmasını – “qrup m ə ntiqi”ni aşkarlayır. Bu , “ C faktor” adlanır.   (collective intelligence) “C faktoru” qrup üzvl ə rinin individual m ə ntiqi il ə ə laq ə dar deyildir. O, qrup üzvl ə rinin sosial duyarlılığı, ardıcıl danışıq qabiliyy ə tl ə ri v ə qadınların qrupdakı nisb ə ti il ə bağlıdır.   Bildiyimiz kimi uğurlu qrupların ə sas xüsusiyy ə tl ə ri “bağlılıq”, “motivasiya” v ə “m ə mnuniyy ə t” dir.  T ə dqiqatda qeyd olunan 3 xüsusiyy ə td ə n biri olan “ sosial duyarlılıq” qrup üzvl ə rinin qeyri-verbal...