Sözsüz ki, CV kandidatın özünü təqdim etməsi üçün açar rolu oynayır. İstər siz yüksək vəzifə üçün tövsiyyə olunmuş olsanız, istərsə də yaxşı keçmişi olan karyeranız olsa belə, yeni işə müraciət edərkən yaxşı olar ki, vaxt ayırasanız və CV-nizə yenidən baxasınız. Çünki hər bir CV elan olunmuş vakansiyaya və onun tələblərinə uyğun tərtib olunarsa, daha məqsədəuyğun olar. Unutmayaq ki, CV xroniki şəkildə şəxsi məlumatları, keryera tarixçəsini və nailiyyətləri əks etdirən sənəddir. Qızıl qaydalar Nəzərə alın ki, sizin CV-nizə vaxtı çox az olan adamlar baxacaq. CV-nizi qısa zamanda sizin güclü namizəd olduğunuza inandıracaq şəkildə hazır edin. CV-nizi mümkün qədər qısa hazırlayın. (2-3 səhifə) Müəyyən məlumatı nəzərə çarpdırmaq üçün bold text-dən istifadə edərək yazmaq olar. CV-nizi hazırlayarkən qrammatik, leksik, xronoloji və dizaynla bağlı səhvlərdən uzaq olmağa çalışın. Yalan məlumat yazmayın yaxud həqiqəti bəzəməyin. Hazırki dövrdə bacarıqları yoxlamaq daha as...
İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir. Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur. Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar. Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqla...
Comments
Post a Comment