Gülüş haqqında məlumat
Gülüşün təbiəti
Gülüş hərəkəti və səsi birləşdirən fiziki prosesdir.
O, instinktlər tərəfindən idarə olunur.
Gülmək üçün səbəblər
Gülüşlərin sadəcə 10%-i zarafat/gülməli hekayə səbəbi ilə baş verir.
Təhlükəli vəziyyətdən sonra rahatlığın ifadəsi kimi meydana çıxa bilər.
Qrup daxilində əlaqələrin inkişafına kömək edə bilər.
Gücün ifadəsi kimi istifadə oluna bilər ( xüsusən siyasətçilər və rəhbərlər tərəfindən).
Gender fərqi ilə bağlı meydana çıxa bilər. ( araşdırmalar göstərir ki, spiker kişi olduğu halda gülməyə daha meyilli olurlar).
Gülüşün faydaları
Qəzəb, kədər kimi ağır emosiyalardan qurtulmaq üçün ən sağlam üsul hesab olunur.
Yaxşı idman sayılır ( araşdırmalar göstərir ki, gündə 100 dəfə gülmək 10 dəqiqəlik jogging-ə bərabərdir).
Stressyönümlü hormonların səviyyəsində azalmaya səbəb olur.
İmmun sistemini inkişaf etdirir.
Pis yuxulara mane olur və yuxu sistemini inkişaf etdirir (araşdırmalara görə yatmazdan əvvəl 10 dəqiqə gülmək pis yuxu görməyə mane olur).
Comments
Post a Comment