İncəsənət stressə qalib gəlir

İtaliyada həyata keçirilən araşdırmaya görə  incəsənət stressi azaldır və sağlamlığa müsbət təsir  göstərir. 

Bologno Universitetinin araşdımasına görə rəsm əsərlərinə baxmaq stress hormonu olan kortizolun səviyyəsini 60% -a qədər azaldır. Araşdırmanı həyata keçirmək üçün professor Enzo Gross 100 nəfərlik dərnək qrupunu Cuneo şəhərində mədəniyyət-sənət gəzintisinə apardı. İştirakçıların gəzintidən əvvəl və sonra tüpürcək nümunələri götürüldü. Təxminən 2 saatlıq incəsənət gəzintisindən sonra nümunələrdə kortizol səviyyəsi 60% azaldı.  İştirakçıların 90%-i gəzintidən sonra özlərini daha yaxşı hiss etdiklərini dedilər. 
Qeyd edək ki, kortizolun yüksək səviyyəsi depressiyadan gastrtitə qədər psixoloji və fiziki bir neçə xəstəliyə səbəb ola bilər. 


Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez