Ağıllı qrupların sirri: Qadınlar
“Ağıllı”
qruplar mövcuddurmu yoxsa onlar sadəcə ağıllı insanlar toplusudur?
Massachussets
Texnologiyalar İnstitutunun mövzu haqqında tədqiqatı
qeyd edir ki, bəzi insanlar digərlərinə nisbətdə daha ağıllıdırlar və
onlar qısa zamanda düzgün qərarlar qəbul etməyi
bacarırlar. 699 nəfərin
müxtəlif test və tapşırıqları həll
etdiyi araşdırma çoxnövlü tapşırıqların həllində qrupların daha uğurlu olmasını – “qrup məntiqi”ni aşkarlayır. Bu , “ C faktor” adlanır. (collective
intelligence) “C faktoru” qrup üzvlərinin
individual məntiqi ilə əlaqədar deyildir. O, qrup üzvlərinin sosial duyarlılığı, ardıcıl danışıq qabiliyyətləri
və qadınların qrupdakı nisbəti ilə
bağlıdır.
Bildiyimiz
kimi uğurlu qrupların əsas xüsusiyyətləri
“bağlılıq”, “motivasiya” və “məmnuniyyət” dir. Tədqiqatda qeyd olunan 3 xüsusiyyətdən
biri olan “ sosial duyarlılıq” qrup üzvlərinin
qeyri-verbal işarələrini
anlamaq qabiliyyətləri
haqqındadır. Bu xüsusiyyəti “fikirlərin oxunması” da adlandıra bilərik. Belə
ki, bu xüsusiyyət xanımlarda daha güclüdür və buna görə
xanımların çoxluq təşkil etdiyi qruplar daha uğurlu
olurlar. Tədqiqat
qeyd edir ki, xanımlar hətta qrup üzvlərinin üzlərini
görmədən,
online danışdıqları zaman belə
qarşı tərəfin
fikirlərini oxuya bilirlər. Belə bir sual ortaya çıxır: kişilər qrupları daha uğurlu etmək üçün bu xüsusiyyətə malik ola bilərlərmi? Tədqiqat
birmənalı olaraq bu suala “yox” cavabı
verir. Qeyd olunur ki, bu, şəxsi keyfiyyət deyildir, bacarıqdır.
Dünya üzrə bakalavr, magistr, doktorontura
məzunlarının əsas hissəsi qadınlardı. Ali təhsil və qazanc arasındakı tarixi əlaqə isə sadədir: Kim çox öyrənir, o da çox qazanır. Bu üstünlük qadınları əmək bazarında daha güclü
edir. Kollektivdə işləməklə bağlı kişilərin daxili dezavantajının
olması tədqiqatda səbəb olaraq göstərilmişdir
Comments
Post a Comment