Yazı tərzinə görə xarakter təhlili



Əl yazısı bəzi beynəlxalq şirkətlərdə namizədin xarakterini öyrənmək üçün istifadə olunur. Fransada şirkətlər 80% intervyularda xarakter təhlili üçün bu üsuldan istifadə edirlər. Əlbəttə, hər yazını təhlil etmək çətindir. Lakin yazının bəzi formaları xarakterimiz haqqında danışır. Gəlin onlara nəzər salaq. 
1) Sağ tərəfə əyilmiş formada yazırsınızsa, ünsiyyət qurmaq bacarığınızın yaxşıdır.
2) Dik formada yazırsınızsa, azadlığınıza çox düşkünsünüz deməkdir. 
3) Sol tərəfə əyilmiş formada yazırsınızsa, hər detalın doğru olub-olmadığını öyrənmək istəyirsiniz.
4) Həmişə böyük hərflərlə yazırsınızsa, ünsiyyətə açıq və dostcanlı birisiniz.
5) Kiçik hərflərlə yazılan yazı məntiqin göstəricisidir. Eyni zamanda bu yazının sahibləri zidd fikirlərə sahib insanlara qarşı qəddar olurlar. Əsasən akademik və məntiqi işləri sevənlərin yazıları bu cür olur. 
6) Kiçik və incə hərflərlə yazırsınızsa, çəkingən və asosyal birisiniz. Ünsiyyət qurmaq sizin üçün çətindir.
7) Qalın hərflərlə yazırsınızsa, verdiyiniz sözü yerinə yetirməklə bağlı çox ciddisiniz. Bu eyni zamanda əsəb və gərginliyin göstəricisidir. 
8) Yazınız çox solğun və kiçikdirsə, insanalara qarşı çox həssasınız. Passiv həyat yaşayırsınız və bunu düzəltmək niyyətiniz yoxdur. 
9) L,T, H kimi hərfləri uzun və quyruqlu yazırsınızsa, öz məqsədlərinə bağlı birisiniz, detallar üzərində diqqətlə düşünürsünüz və güclü xəyallara sahibsiniz.
10) G,Y, P hərflərinin quyruğu uzundursa, səbirsizsiniz.
11) Yazdığınız sözlər arasında məsafə çox qoyursunuzsa, hər zaman yalnızlığa ehtiyac duyursunuz kimi başa düşülür. Əksinə yaxın yazırsınızsa, insanların ətrafında olmağı sevirsiniz.
12) Yazınızda sətir araları dardırsa, hərəkətdə olmağı sevirsiniz.
13) Səhifənin sol tərəfində böyük bir boşluq qoyursunuzsa, aktiv qalmağı sevirsiniz. 
14) Səhifənin sağında qoyulan böyük bir boşluq bilinməyən şeylərə qorxunuzu göstərir. Əksinə sağ tərəfdə boşluğun olmaması səbirsiz olmanızı, bir işi tezliklə bitirmək istəyinizi bildirir. 

Comments

  1. Nə maraqlıdı. )) men amcaq imzalarman bagli xaralter tehlili haqda oxumusdum. Bu daha maraqli idi thanks dear

    ReplyDelete
    Replies
    1. Xoşdu, Laliş. Maraqli alındısa, çox sevindim :)

      Delete

Post a Comment

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez