Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Uğurlarınıza səbəb olan milyonlarla faktor vardır: sizin münasibətiniz, sizin insani keyfiyyətləriniz, liderlik etmək xüsusiyyətiniz, məsuliyyət götürmək hissiniz və ilaxır.

TalentSmart-ın prezidenti, " Emotional İntelligence 2.0" kitabının müəllifi Travis Bradberry qeyd edir ki, çoxlarının bilmədiyi əsas bacarıq hisslərin idarə olunması və təzyiq altında sakit qala bilməkdir. Onun milyonlarla insan arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 5 xüsusiyyət aşağıdakılardır:

1. Onlar keçmişlə yaşamırlar.
Uğurlu insanlar başa düşürlər ki, uğur  uğursuzluğa qarşı yüksəlmək qabiliyyətindədir. Və bilirlər ki, keçmişlə yaşasalar, bunu edə bilməyəcəklər.  Əldə etməyə dəyər istəniləm şey risk götürmək və özünə inamı heç vaxt itirməmək xüsusiyyətini tələb edir.
Keçmişlə yaşayarkən irəli getmək demək olar ki, mümkün deyil.

2. Onlar problemlərin üzərində yaşamırlar və kin saxlamırlar.
Bradberry deyir ki, sizin emosional vəziyyətiniz diqqətinizi hara yönləndirmənizdən asılıdır.  Nə zaman ki, diqqətinizi üzləşdiyiniz problemlərə yönəldirsiniz, fəaliyyətinizə mane olan mənfi hisslər və  stress yaratmış olursunuz. Özünüzü və şəraitinizi yaxşılaşdırmağa fokuslandıqda isə şəxsi effektivlik hissi yaradırsınız. Bununla özünüzdə müsbət hisslər yaradırsınız və fəaliyyətinizi inkişaf etdirirsiniz.
Uğurlu insanlar  həll yollarına fokuslanır və heç vaxt kin saxlamırlar. Onlar bilirlər ki, mənfi hisslər və stress uğura çox zərərlidir.

3. Onlar mükəmməlliyi prioritetləşdirmirlər.
Uğurlu insanlar mükəmməl olmağı məqsəd seçmirlər, çünki o,  mövcud deyil. Mükəmməllik sizin məqsədiniz olduqda, səhvlərdən qorxmağa başlayırsız, nələr əldə edə biləcəyinizdən həzz almaq yerinə, o səhvlər üzərində matəm qurursunuz.

4. Onlar mənfi insanlarla əhatə olunmurlar.
Neqativ insanlar- daima şikayətlənənlər- zəhərlidirlər.
Bradberry deyir ki, onlar problerin içərisində fırlanırlar və həll yollarına fokuslana bilmirlər.  İnsanların da onların pity party-lərinə qoşulmasını istəyirlər.
Qeyri-həssas yaxud nəzakətsiz görünməmək üçün şikayətlənən insanları dinləmək insan təbiətinin bir xüsusiyyətidir. Bradberry qeyd edir ki, dinləməklə onların neqativ dairəsinə cəlb olunmaq arasında yaxşı bir xətt- sərhəd vardır.
Belə insanlardan uzaq olmağa çəkinməyin. Onları siqaret çəkən insanlar kimi düşünün. Şikayətlənərək siqarın dumanında sizi də boğa bilərlər. Və siz də passiv siqaret çəkənə çevrilmiş olursunuz.

5. Onlar hər zaman hər kəsə "hə" demirlər.
Tədqiqat göstərir ki, nə qədər "yox" deməyə çətinlik çəkəcəksiniz, bir o qədər stress və depressiya hiss edəcəksiniz. İnsanlar üçün bunu söyləmək böyük mübarizə deməkdir. Uğurlu insanlar isə sadəcə " düşünürəm ki, bunu edə bilməyəcəm" deyərək uğurla öz işlərini davam etdirmək imkanı əldə edirlər.

Comments

Popular posts from this blog

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez