"Öpüş", Fransesko Hayez


İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir. 
Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur.  Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar. 
Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqlara rəğmən qadının işiqda parlayan mavi paltarı izləyiciyə cütlüyün gələcəyi haqqında ümid verir :)
Bu əsər sadəcə öpüşü təsvir edən əsərdimi sualı hər zaman beyinlərdə sual oyadır. Bəzi sənətşünaslara görə əsərdə bir alleqoriya mövcuddur. Onların rəyinə görə XIV əsrə aid paltarlar geyən obrazlar XIX əsrdə İtalyada baş verən " Yenidən Güclənmə" ( Risorgimento) dövrünə dair bir simvoldur. Qadının mavi rəngli paltarı Fransa bayrağına  və hər iki ölkənin II Dünya Müharibəsində müttəfiqliyinə işarədir. II Fransa İmperiyası, Birləşmiş Mərkəzi İtaliya əyalətləri və Sardiniya krallığının Avstriya İmperiyasına qarşı mübarizəsi 1859-cu ildə başa çatmış və İtaliyanın birləşməsində mühüm rol oynamışdır. Buna görə də bəzən bu əsərin İtaliyanın birləşməsi zəfərini əks etdirən əsər olduğunu deyirlər. 
Əsər İtalyan Romantizminin bütün xüsusiyyətlərini əks etdirir. Əsər ehtiraslı öpüşü təsvir edir; məntiqli düşüncələr yerinə dərin duyğular fikrini verir sanki.  Əsər o qədər canlı görünür ki. sanki obrazları görürük, onlara yaxınlaşan ayaq səslərini hiss edirik, amma yenə də onların romantik öpüşünə dalırıq və inanırıq ki, bu, onların son öpüşü deyildir. Beləliklə, əsər Romantizmə sadiq qalır və izləyicisi ilə duyğu bağı qura bilir. 
Hazırda Milan şəhərində Brera Sənət Qalareyasında saxlanılır. 

Comments

Post a Comment

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat