9 kiçik biznes etiketi


Biznes Etiket üzrə ekspert Barbara Patcher hər bir mütəxəssisin bilməli olduğu 9 əsas biznes etiket qaydaları haqqında yazır:
1) Təqdim olunan zaman həmişə ayaq üstündə durmağa çalışın. 
Ayaq üstdə dayanmaq sizin varlığınızı hamıya göstərir və kimsənin sizə məhəl qoymasına mane olur. Əgər sizin ayağa qalxmaqla bağlı probleminiz varsa, qarşıya doğru uzanıb əl uzadın. Bu, sizin ayağa qalxmaq istədiyinizi göstərəcək. 
2) Biznes görüşləri zamanı bütöv adınızdan istifadə edin.
Əgər ad və soyadınız uzundursa, qarşı tərəfə sizə qısa formada necə müraciət edə biləcəyini deyin. 
3) Əgər ev sahibisinizsə yaxud daha yüksək rütbətli şəxssinizsə, əl sıxmağa ilk siz cəhd edin. 
Bəzən gender fərqinə görə kimin birinci əl uzatmasında fikir qarışıqlığı meydana gəlir. Patcher yazır ki, bu zaman aşağı rütbəli kişi çəkinmədən qadına əl uzatmalıdır. Amerikada əl sıxmaq biznes salamlaşması hesab olunur. Belə ki, siz əgər Amerikada ciddi qəbul olunmaq istəyirsinizsə, əl sıxmağı və düzgün qaydada əl sıxmağı bacarmalısınız. 
4) Uyğun formada geyinin.
Unutmaq olmaz ki, geyim sözsüz ünsiyyətin bir hissəsidir. Getdiyiniz məkanlarda dress koda əməl etməyə çalışın. 
5) Söhbət edərkən bir və ya iki dəfə "təşəkkür edirəm" deyin. 
Patcher yazır ki, söhbət zamanı dəfələrlə təşəkkür etməkdən çəkinin. Belə olduğu zaman köməksiz və özünəinamsız biri kimi görünə bilərsiniz. 
6) "Təşəkkür notu" yazmaqdan çəkinməyin. 
İntervyudan sonra yaxud görüşdə sizə ayrılan nitq yaxud vaxt üçün təşəkkür notu yazmaq xoş qarşılanır. Əllə yazaraq göndərmək yaxud email yazmaq sizin seçiminizdir. 
7) Kimsənin əyləşməsi üçün kənardan stol çəkməyin. 
Patcher yazır ki, qonağınız üçün qapını açıq saxlamaq qəbul olunan qaydadır. Gender fərqinə görə bəzi hərəkətlər biznes mühitində unudulmalıdır. Yəni, cinsindən asılı olmayaraq qarşı tərəfin əyləşməsi üçün kənardan stol çəkməyin. 
8) Ayaqlarınız bir-birinin üzərinə qoyub əyləşməyin. 
Sizin rəhbər olub-olmamağınızdan asılı olmayaraq qəbulolunmazdır.
9) Biznes yemeyinə dəvət olunmusunuzsa, bahalı yeməklər sifariş etməkdən çəkinin. Yeməyin sonunda qabları toplamağa  yaxud garsona kömək etməyə cəhd etməyin.

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez