Azərbaycan xoşbəxtlik indeksinə görə 80-ci yerdədir.

2015-ci il üzrə dünya ölkələrin növbəti xoşbəxtlik indeksi açıqlanıb.

BMT-nin  Dünya Xoşbəxtlik esabatına görə  Azərbaycan 158 ölkə arasında 80-ci yerdə gəlir.
İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Türkiyə isə 76-cı, Ermənistan isə 127-ci yerdə gəlir.
Hesabata görə 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir. Siyahıda ilk 10-luğa İsveçrə, İslandiya, Danimarka, Norveç,Kanada Finlandiya, Niderland,İsveç ,Yeni Zelandiya və Avstraliya daxildir. Siyahının sonunda isə Ruanda, Benin, Suriya, Burindi və Toqo gəlir.

Araşdırma BMT-nin rəhbərliyi ilə Kolumbiya Universitetində fəaliyyət göstərən “Yer İnstitutu” tərəfindən aparılıb. Məqsəd dünya ölkələri və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir.  Burda əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur.

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez