İnemuri

Belə bir deyim var ki, yaponlar nə yatır, nə də mürgüləyir. Onlar " inemuri" edir.

Yaponiyada həyat çox sürətlidir. İş və əyləncə, demək olar, insanların bütün vaxtını alır. Beləliklə, onların yatmağa vaxtı qalmır. Çünki Yaponiyada yuxu vaxtı deyə bir anlayış yoxdur . Ölkədə yuxularını bölüb işləyən adamlar, məsələn, alimlər və samuraylar həmişə təriflənir 
Add caption
İnemuri yatmaq deyil. Bu, qətiyyən gecə yuxusuna yaxud naharadan sonra olan yuxuya bənzəmir. Mənşəyinə (Çin sözü) görə mənası "yatmaq və orada olmaq" deməkdir. Hansısa sosial mühitdə inemuri etməniz qəbahət sayılmır Yaponiyada. 
İnemuri iş yerlərində xoşluqla qarşılanır. Bu cür yuxusuz hal insanın işə nə qədər bağlı olmasını göstərir. Yuxusuna məğlub olub hansısa görüşə qatılmamaq fiziki zəiflik sayılır. Həmçinin, alçaqkönüllülük yapon cəmiyyətində ən yüksək qiymətləndirilən cəhətlərdən biridir. Ona görə də çox işlədiyinə görə kiminsə şikayətlənməsi xoş qarşılanmır. Lakin arada dalıb getməsi (inemuri etməsi) normal hal kimi qarşılanır. 
Yaponlar hesab edir ki, yorğunluq və xəstəlik çox işləməyin nəticəsində yaranır. Onlar fikirləşir ki, inemuri onları fiziki cəhətdən daha möhkəm edir. Bir növ yorğunluqlarını aradan qaldırır. 
İnemuri tənbəllik olaraq qiymətləndirilmir. Əksinə, insanın gün boyu bütün öhdəliklərini yerinə yetirə bilməsi üçün bir müddətlik "mühit"-dən ayrılması deməkdir. 

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez