Yeni məzunlar niyə görə iş tapa bilmir?

İş dünyası hələ də innovativ  məzunlar tapa bilməməkdən şikyaətlənir. İnternet üzərindən iştapma saytı olan CareerBuilder-in İngiltərə və Hindistanda apardığı araşdırmaya görə yeni məzunlarda çatışmayan bacarıqlar aşağıdakı kimidir:

Problem həll etmə- Hindistan 60%, İngiltərə 40%
Yaradıcı düşünmə- Hindistan 56%, İngiltərə 59%
İnsanlararası ünsiyyət- Hindistan 50%, İngiltərə 49%


CareerBuilder hər bir məzunun tarixçəsində təcrübə proqramının önəmli olduğunu qeyd edir. Lakin bu təcrübə proqramının müddəti və keyfiyyəti olduqca önəmlidir. Məzun həqiqətən də iş yaxud layihə üzərində işləyib yoxsa işçilərə çay,qəhvə daşıyıb?!

Görəsən işverənlərin tələbləri reallıqdan uzaqdır yoxsa yeni məzunlar öz bacarıqlarını düzgün qiymətləndirmir? Bu haqda müxtəlif fikirlər vardır. 
Georgetown Universitetinin Təhsil və İşgücü Mərkəzinin rəhbəri Anthony Carnevale təhsil müəssisələrinin karyera və təcrübə mövzusuna daha diqqətli olmalı olduqlarını vurğulayır. Çünki işverənlər elmi biliklərlə yanaşı, tənqidi, yaradıcı düşüncə tərzi olan, problemləri həll edən və komandada işləməyi bacaran namizədərə üstünlük verir. 
Digər ölkələr və onların universitetləri bu məsələ üzərində çalışır. Məsələn, Amerika Universitetləri Dərnəyi (AACU) bu məsələni ciddi qəbul edir və tələbələrin iş bacarıqlarını inkişaf etdirmək üçün universitetlərlə yeni bir proqram üzərində işləyir. İngiltərədə isə gənclərə yardım quruluşu YouthNet "Define Me" proqramı gənclərə özlərini düzgün ifadə etmək bacarığı öyrədir. Onların apardğı araşdırmaya görə gənclərin 2/3-si öz bacarıqlarını düzgün ifadə edə bilmədikləri üçün rədd cavabı alırlar. 
İşsiz gənclərin iş tapa biləcəyi digər sayt isə Jobipedia-dır.  Gənclər bu portal vasitəsi ilə işəqəbulla bağlı 30 şirkətin HRM-lərinə birbaşa sual ünvanlaya bilirlər.Burdakı mütəxəssislər deyir ki, 1980 və 1990-cı illərdə doğan gənclərdə  fikirlərini başa düşülən şəkildə ifadə etməklə bağlı problemlər vardır. Bu nəslin həm də iş əxlaqı ilə bağlı çatışmazıqları vardır. 
Hazırda bəzi universitetlər işyerlərinə hazırlıq proqramlarına başlayıb. Şirkətlər belə təhsil müəssisələrini ziyarət edir, intervyu və resume barəsində görüşlər keçirir. Bəzi hallarda tədris proqramı ilə bağlı məsləhət də verirlər. 

Mənbə: BBC 

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez