CV hazırlayarkən edilməli olanlar və olmayanlar



Sözsüz ki, CV kandidatın özünü təqdim etməsi üçün açar rolu oynayır. İstər siz yüksək vəzifə üçün tövsiyyə olunmuş olsanız, istərsə də yaxşı keçmişi olan karyeranız olsa belə, yeni işə müraciət edərkən yaxşı olar ki, vaxt ayırasanız və CV-nizə yenidən baxasınız. Çünki hər bir CV elan olunmuş vakansiyaya və onun tələblərinə uyğun tərtib olunarsa, daha məqsədəuyğun olar. Unutmayaq ki,  CV xroniki şəkildə şəxsi məlumatları, keryera tarixçəsini və nailiyyətləri əks etdirən sənəddir.

Qızıl qaydalar
Nəzərə alın ki, sizin CV-nizə vaxtı çox az olan adamlar baxacaq.  CV-nizi qısa zamanda sizin güclü namizəd olduğunuza inandıracaq şəkildə hazır edin. CV-nizi mümkün qədər qısa hazırlayın. (2-3 səhifə) Müəyyən məlumatı nəzərə çarpdırmaq üçün bold text-dən istifadə edərək yazmaq olar.
CV-nizi hazırlayarkən qrammatik, leksik, xronoloji və dizaynla bağlı səhvlərdən uzaq olmağa çalışın.
Yalan məlumat yazmayın yaxud həqiqəti bəzəməyin. Hazırki dövrdə bacarıqları yoxlamaq daha asandır. Kiçik yalan sizi uğurdan uzaqlaşdıra bilər.

CV strukturu aşağıdakı şəkildə olmalıdır:
Başlıq - sizin adınız, soaydınız
Şəxsi məlumatlar- Doğum tarixi, adress, əlaqə nömrələri, email, ailə vəziyyəti haqqında məlumat. Yaşla bağlı qeyd edim ki. İngiltərədə tələb vardır. Lakin Amerikada bu məlumatın yaş diskriminasiyasına səbəb olduğu əsas götürülür və qeyd olunması tələb olunmur.
Növbəti- istəyə bağlı olaraq işinizlə bağlı sitat yazmaq ( lakin umumi və geniş yayılmış sitatlardan çəkinin).
Təhsil - aldığınız təhsili aşağıdan yuxarı xronoloji ardıcıllıqla, illəri qeyd edərək yazın.
Dil bacarıqları - bildiyiniz dilləri beynəlxalq səviyyələr üzrə qeyd edin. (Sertifikatınız varsa, balınızı yazın, intervyuya kopyasını aparın)
İş təcrübəniz- bu, ən vacib bölümdür. Vakansiyanın tələblərinə uyğun iş tarixçənizi yazmağa çalışın. İlk iş təcrübəniz ( ofis menecer yaxud resepşn vəs) vakansiya ilə əlaqəli deyilsə, qeyd etməməyiniz daha yaxşıdır.
Əlavə sonluq- Vakansiya və iş yerindən asılı olaraq xobbiniz və maraqlarınız haqqında məlumat daxil edin. İstəyə uyğun olaraq tövsiyyə məktublarınızı qeyd edin. (Scan edərək əlavə etməyiniz tələb olunmur. Kopyasını intervyuya aparmaq lazımdır)

Hansı məlumatların daxil edilməsi vacibdir?
  • Müraciət etdiyiniz vakansiyaya uyğun olan iştirak etdiyiniz təlim və proqramları müddəti qeyd olunmaqla ( məsələn, 48 saat) qeyd edin.
  • İş təcrübəniz haqqında yazarkən məsuliyyətləriniz və neçə insana görə məsuliyyətli olmaq barədə məlumat daxil edilməlidir. ( məsələn, HR Menecer olaraq iş təcrübəniz varsa, şirkətdə neçə nəfərə məsul olmağınızı da qeyd etməlisiniz)
  • Təhsil və iş həyatınızdakı fasilələri qısa şəkildə izah edin. Bu məlumat hər bir HR Menecer üçün önəmlidir.

Qrammatik, leksik,xronoloji və digər səhvlər qəbulolunmazdır.

CV-nizi şirkətin və vakansiyanın adını vurğulayan, sizin müraciət etmək səbəblərinizi, məqsədinizi və maraqlarınızı göstərən qısa istək məktubu ilə birgə göndərin. CV-nizi PDF formada yaxud HTML linki ilə göndərin.

Bunları nəzərə alsanız, əmin olun ki, intervyu öncəsi HR Menecerdə müsbət təəssürat yaratmış olacaqsınız. Hər kəsə uğurlar ! :)

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez