Posts

6 saatlıq iş rejimi

Image
İ sveç 2015-ci ildə məhsuldarlığı artırmaq və işçilərin daha xoşbəxt hiss etməsinə nail olmaq üçün 6 saatlıq iş rejiminə keçdiyini elan etdi.  600,000 insan arasında aparılan tədqiqata görə həftədə 55 saat işləyənlərin  infarkt keçirmək riski 35-40 saat işləyənlərlə müqayisədə 33% çoxdur. Tədqiqatın nəticələrini nəzərdən keçirən İsveç hökuməti 6 saatlıq iş rejiminə keçmək barədə qərar verdi.  8 saatlıq iş rejimi faydalı işləmək üçün uzun zaman olduğunu və daha məhsuldar çalışmaq üçün 6 saatlıq iş rejiminin tətbiqinə keçən şirkətlərdən birincisi Filimundus olmuşdu. İlk sınaqdan sonra şirkət məhsuldarlığın nəzərə çarpacaq dərəcədə artdığını söyləmişdi.  Hazırda ölkədəki  bütün şirkətlər və qurumlar bu rejimdən olduqca məmnundur. İndi işçilərin ailələrinə, özlərinə daha çox ayırmağa vaxtları var.  İş rejimi ilə bağlı ən önəmli məsələrdən biri işə başlama saatıdır. Saat 09.00-da işə başlamağın tez olması fikri yayılmışdır. Oxford Universiteti Yu...

İncəsənət stressə qalib gəlir

Image
İtaliyada həyata keçirilən araşdırmaya görə  incəsənət stressi azaldır və sağlamlığa müsbət təsir  göstərir.  Bologno Universitetinin araşdımasına görə rəsm əsərlərinə baxmaq stress hormonu olan kortizolun səviyyəsini 60% -a qədər azaldır. Araşdırmanı həyata keçirmək üçün professor Enzo Gross 100 nəfərlik dərnək qrupunu Cuneo şəhərində mədəniyyət-sənət gəzintisinə apardı. İştirakçıların gəzintidən əvvəl və sonra tüpürcək nümunələri götürüldü. Təxminən 2 saatlıq incəsənət gəzintisindən sonra nümunələrdə kortizol səviyyəsi 60% azaldı.  İştirakçıların 90%-i gəzintidən sonra özlərini daha yaxşı hiss etdiklərini dedilər.  Qeyd edək ki, kortizolun yüksək səviyyəsi depressiyadan gastrtitə qədər psixoloji və fiziki bir neçə xəstəliyə səbəb ola bilər. 

Yazı tərzinə görə xarakter təhlili

Image
Əl yazısı bəzi beynəlxalq şirkətlərdə namizədin xarakterini öyrənmək üçün istifadə olunur. Fransada şirkətlər 80% intervyularda xarakter təhlili üçün bu üsuldan istifadə edirlər. Əlbəttə, hər yazını təhlil etmək çətindir. Lakin yazının bəzi formaları xarakterimiz haqqında danışır. Gəlin onlara nəzər salaq.  1) Sağ tərəfə əyilmiş formada yazırsınızsa, ünsiyyət qurmaq bacarığınızın yaxşıdır. 2) Dik formada yazırsınızsa, azadlığınıza çox düşkünsünüz deməkdir.  3) Sol tərəfə əyilmiş formada yazırsınızsa, hər detalın doğru olub-olmadığını öyrənmək istəyirsiniz. 4) Həmişə böyük hərflərlə yazırsınızsa, ünsiyyətə açıq və dostcanlı birisiniz. 5) Kiçik hərflərlə yazılan yazı məntiqin göstəricisidir. Eyni zamanda bu yazının sahibləri zidd fikirlərə sahib insanlara qarşı qəddar olurlar. Əsasən akademik və məntiqi işləri sevənlərin yazıları bu cür olur.  6) Kiçik və incə hərflərlə yazırsınızsa, çəkingən və asosyal birisiniz. Ünsiyyət qurmaq sizin üçün çətindir. 7)...

Yeni məzunlar niyə görə iş tapa bilmir?

Image
İş dünyası hələ də innovativ  məzunlar tapa bilməməkdən şikyaətlənir. İnternet üzərindən iştapma saytı olan CareerBuilder-in İngiltərə və Hindistanda apardığı araşdırmaya görə yeni məzunlarda çatışmayan bacarıqlar aşağıdakı kimidir: Problem həll etmə- Hindistan 60%, İngiltərə 40% Yaradıcı düşünmə- Hindistan 56%, İngiltərə 59% İnsanlararası ünsiyyət- Hindistan 50%, İngiltərə 49% CareerBuilder hər bir məzunun tarixçəsində təcrübə proqramının önəmli olduğunu qeyd edir. Lakin bu təcrübə proqramının müddəti və keyfiyyəti olduqca önəmlidir. Məzun həqiqətən də iş yaxud layihə üzərində işləyib yoxsa işçilərə çay,qəhvə daşıyıb?! Görəsən işverənlərin tələbləri reallıqdan uzaqdır yoxsa yeni məzunlar öz bacarıqlarını düzgün qiymətləndirmir? Bu haqda müxtəlif fikirlər vardır.  Georgetown Universitetinin Təhsil və İşgücü Mərkəzinin rəhbəri Anthony Carnevale təhsil müəssisələrinin karyera və təcrübə mövzusuna daha diqqətli olmalı olduqlarını vurğulayır. Çünki işverənlə...

9 kiçik biznes etiketi

Image
Biznes Etiket üzrə ekspert Barbara Patcher hər bir mütəxəssisin bilməli olduğu 9 əsas biznes etiket qaydaları haqqında yazır: 1) Təqdim olunan zaman həmişə ayaq üstündə durmağa çalışın.  Ayaq üstdə dayanmaq sizin varlığınızı hamıya göstərir və kimsənin sizə məhəl qoymasına mane olur. Əgər sizin ayağa qalxmaqla bağlı probleminiz varsa, qarşıya doğru uzanıb əl uzadın. Bu, sizin ayağa qalxmaq istədiyinizi göstərəcək.  2) Biznes görüşləri zamanı bütöv adınızdan istifadə edin. Əgər ad və soyadınız uzundursa, qarşı tərəfə sizə qısa formada necə müraciət edə biləcəyini deyin.  3) Əgər ev sahibisinizsə yaxud daha yüksək rütbətli şəxssinizsə, əl sıxmağa ilk siz cəhd edin.  Bəzən gender fərqinə görə kimin birinci əl uzatmasında fikir qarışıqlığı meydana gəlir. Patcher yazır ki, bu zaman aşağı rütbəli kişi çəkinmədən qadına əl uzatmalıdır. Amerikada əl sıxmaq biznes salamlaşması hesab olunur. Belə ki, siz əgər Amerikada ciddi qəbul olunmaq istəyirsini...

15 dəqiqədə intervyuya hazırlaşmaq ?

Image
Tamamilə təbiidir ki, intervyuya yaxınlaşan dəqiqələrdə özümüzü stressli yaxud əsəbi hiss edək. Təəssüflər olsun ki, bədənimizdəki narahatlıq intervyuda ən yaxşı performansımızı göstərməyə mane ola bilər. Aşağıdakı 4 növ hərəkəti etməklə siz rahatlıqla intervyuya hazırlaşa bilərsiniz. 1) Körpü duruşu 2) Rəqqas duruşu 3) Döyüşçü duruşu 4) Ağac duruşu Səhərlər bu hərəkətləri edərək yeni günə daha gümrah başlaya bilərik :) Məsləhətlər yoga ustası Mark Balfe-Taylora məxsusdur.

"Öpüş", Fransesko Hayez

Image
İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir.  Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur.  Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar.  Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqla...