Posts

9 kiçik biznes etiketi

Image
Biznes Etiket üzrə ekspert Barbara Patcher hər bir mütəxəssisin bilməli olduğu 9 əsas biznes etiket qaydaları haqqında yazır: 1) Təqdim olunan zaman həmişə ayaq üstündə durmağa çalışın.  Ayaq üstdə dayanmaq sizin varlığınızı hamıya göstərir və kimsənin sizə məhəl qoymasına mane olur. Əgər sizin ayağa qalxmaqla bağlı probleminiz varsa, qarşıya doğru uzanıb əl uzadın. Bu, sizin ayağa qalxmaq istədiyinizi göstərəcək.  2) Biznes görüşləri zamanı bütöv adınızdan istifadə edin. Əgər ad və soyadınız uzundursa, qarşı tərəfə sizə qısa formada necə müraciət edə biləcəyini deyin.  3) Əgər ev sahibisinizsə yaxud daha yüksək rütbətli şəxssinizsə, əl sıxmağa ilk siz cəhd edin.  Bəzən gender fərqinə görə kimin birinci əl uzatmasında fikir qarışıqlığı meydana gəlir. Patcher yazır ki, bu zaman aşağı rütbəli kişi çəkinmədən qadına əl uzatmalıdır. Amerikada əl sıxmaq biznes salamlaşması hesab olunur. Belə ki, siz əgər Amerikada ciddi qəbul olunmaq istəyirsini...

15 dəqiqədə intervyuya hazırlaşmaq ?

Image
Tamamilə təbiidir ki, intervyuya yaxınlaşan dəqiqələrdə özümüzü stressli yaxud əsəbi hiss edək. Təəssüflər olsun ki, bədənimizdəki narahatlıq intervyuda ən yaxşı performansımızı göstərməyə mane ola bilər. Aşağıdakı 4 növ hərəkəti etməklə siz rahatlıqla intervyuya hazırlaşa bilərsiniz. 1) Körpü duruşu 2) Rəqqas duruşu 3) Döyüşçü duruşu 4) Ağac duruşu Səhərlər bu hərəkətləri edərək yeni günə daha gümrah başlaya bilərik :) Məsləhətlər yoga ustası Mark Balfe-Taylora məxsusdur.

"Öpüş", Fransesko Hayez

Image
İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir.  Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur.  Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar.  Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqla...

CV hazırlayarkən edilməli olanlar və olmayanlar

Image
Sözsüz ki, CV kandidatın özünü təqdim etməsi üçün açar rolu oynayır. İstər siz yüksək vəzifə üçün tövsiyyə olunmuş olsanız, istərsə də yaxşı keçmişi olan karyeranız olsa belə, yeni işə müraciət edərkən yaxşı olar ki, vaxt ayırasanız və CV-nizə yenidən baxasınız. Çünki hər bir CV elan olunmuş vakansiyaya və onun tələblərinə uyğun tərtib olunarsa, daha məqsədəuyğun olar. Unutmayaq ki,  CV xroniki şəkildə şəxsi məlumatları, keryera tarixçəsini və nailiyyətləri əks etdirən sənəddir. Qızıl qaydalar Nəzərə alın ki, sizin CV-nizə vaxtı çox az olan adamlar baxacaq.  CV-nizi qısa zamanda sizin güclü namizəd olduğunuza inandıracaq şəkildə hazır edin. CV-nizi mümkün qədər qısa hazırlayın. (2-3 səhifə) Müəyyən məlumatı nəzərə çarpdırmaq üçün bold text-dən istifadə edərək yazmaq olar. CV-nizi hazırlayarkən qrammatik, leksik, xronoloji və dizaynla bağlı səhvlərdən uzaq olmağa çalışın. Yalan məlumat yazmayın yaxud həqiqəti bəzəməyin. Hazırki dövrdə bacarıqları yoxlamaq daha as...

Hansı ölkə xaricə daha çox tələbə göndərir

Image
UNESCO-nun məlumatına görə xaricdə təhsil alan tələbələrin sayına görə Çin dünya lideridir. Azərbaycan - 22,007 Gürcüstan - 9,905 Ermənistan- 6,493 Türkiyə - 44,964

Valyutalar üzərində xanımlar

Image
ABŞ-da Alabama quarter-i üzərində kar və kor yazıçı Helen Kellerin şəkli, İngilis dilində adı və Brayl əlifbası ilə adı yazılmışdır. ( Yazıçının həyatı və fəaliyyəti haqqında " The Miracle Worker" filmi çəkilmişdir)  Martha Washington, Prezident Washington-un həyat yoldaşı. ABŞ valyutası üzərində əks olunmuş ilk xanım və bu günə qədər ABŞ banknotu üzərində əks olunmuş yeganə şəxsdir.  Baxmayaraq ABŞ daha çox siyasətçi və dövlət adamlarının təsvirnə daha çox meyilli olmuşdur, digər ölkələr isə rəssamlar, yazıçılar və digər ictimai xadimlərin valyuta üzrəində təsvirinə istəkli olmuşlar. Məsələn,  Meksika 500 -peso üzərində rəssam Frida Kahlo, digər tərəfində isə onun həyat yoldaşı Diego Rivera təsvir olunub.  Şəhzadə II Elizabeth-in şəklini bir sıra müstəqil ölkələrin - B.Britaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Fici- valyutaları üzərində görmək olar. Keçmiş first lady Eva Paron. Argentina onun ölümünün 50-ci ildönümü münasibəti ilə onun rəs...

Gülüş haqqında məlumat

Image
Gülüşün təbiəti  Gülüş hərəkəti və səsi birləşdirən fiziki prosesdir. O, instinktlər tərəfindən idarə olunur.  Gülmək üçün səbəblər Gülüşlərin sadəcə 10%-i zarafat/gülməli hekayə səbəbi ilə baş verir.  Təhlükəli vəziyyətdən sonra rahatlığın ifadəsi kimi meydana çıxa bilər. Qrup daxilində əlaqələrin inkişafına kömək edə bilər. Gücün ifadəsi kimi istifadə oluna bilər ( xüsusən siyasətçilər və rəhbərlər tərəfindən). Gender fərqi ilə bağlı meydana çıxa bilər. ( araşdırmalar göstərir ki, spiker kişi olduğu halda gülməyə daha meyilli olurlar).  Gülüşün faydaları  Qəzəb, kədər kimi ağır emosiyalardan qurtulmaq üçün ən sağlam üsul hesab olunur.  Yaxşı idman sayılır ( araşdırmalar göstərir ki, gündə 100 dəfə gülmək 10 dəqiqəlik jogging-ə bərabərdir). Stressyönümlü hormonların səviyyəsində azalmaya səbəb olur. İmmun sistemini inkişaf etdirir.  Pis yuxulara mane olur və yuxu sistemini inkişaf etdirir (araşdırmalara görə yatmazdan əvvəl 10 d...