Bərabərsizlik və iqtisadi inkişaf?!
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(OECD) araşdırmasına görə bərabərsizlik
iqtisadi inkişafa əhəmiyyətli dərəcədə mane olur.
Məsələn, Birləşmiş
Krallıqda artan bərabərsizlik 1980
və 2010-cu illərdə ÜDM-nin miqdarının 9%, ABŞ-da isə 7% azalmasına səbəb olmuşdur.
OECD-nin
hesabatına görə son 30 ildə varlı və kasıblar
arasında fərq ən yüksək həddədir. Təşkilata
daxil olan 34 ölkədəki
varlıların 10%-i kasıblardan 9.5 dəfə çox
qazanır. 1980-ci illərdə isə onlar 7 dəfə çox
qazanırdılar. Yalnız Türkiyə və
Yunanıstanda bərabərsizliyin miqdarı azalmışdır.
Təşkilatın rəhbəri Angel
Gurria deyir:
“Məsələnin kökündə erkən yaşlarda
insanlar üçün bərabər imkanların
yaradılmaması dayanır”
Təhsil
OECD-yə görə bərabərsizliyin
artmasına səbəb olan əsas faktor təhsil sahəsinə
investisiyaların az qoyulmasıdır.
Yardıma
ehtiyacı olan sosial təbəqənin
mövcudluğu cəmiyyətdə sosial
mobilliyi zəiflədir,
bacarıqların inkişafına mane olur. Aşağı səviyyədə təhsili olan
valideynlərə sahib şəxslər bərabərsizlik
artdıqca ən çox ziyan görür. Ailənin təhsil səviyyəsindən asılı
olmayan, təhsilli sosial sferası olan insanlara isə bərabərsizliyin
artımı daha az təsir edir.
OECD siyasətçiləri sadəcə kasıblıq əleyhinə proqramları
icra etməkdən daha artıq işlər görməyə çağırır. Onların
təhsil sahəsinə az miqdarda
investisiyanın yatırılması həqiqəti ilə üzləşməyə ehtiyacı
var. Təşkilat bacarıqların artırılması strategiyasının təkmilləşdirilməsi və işlə əlaqədar təlimlər keçirilməsini tövsiyə edir.
Hesabatla
aşağıdakı link vasitəsi ilə tanış ola
bilərsiniz.
*OECD –
Demokratiya və bazar iqtisadiyyatı prinsipini qəbul edən inkişaf
etmiş ölkələri birləşdirən təşkilatdır.
Comments
Post a Comment