Bir Skandinaviya Sirri

  Dünyanın ən çox xanımlara üstünlük və imkanlar verən ölkələrində belə idarəetmənin yüksək pillələrində kişilər üstünlük təşkil edir.

   Skandinaviya ölkələri dünyanın digər ölkələri ilə müqayisədə qadınlara bərabər imkankanlar təmin etmək sahəsində ən çox çalışan ölkələrdir. Analıq məzuniyyəti, uşaqların dövlət tərəfindən müdafiəsi birinci dərəcəli məsələlərdir. Universitetlərin xanım məzunları 6:4 nisbətində kişi məzunları üstələyir. Finlandiya Nazirlər Kabinetində nazirlərin 50%  və İsveçdə isə 57%- i xanımlardır. Dünya İqtisadi Formu tərəfindən müəyyənləşdirilən Qlobal Gender Boşluğu İndeksinin sonuncu hesabatı ilk 5 yeri Vikinglərə verir: siyahıda ilk 5-likdə İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarka dayanır. Həmçinin bu region dünya üzrə şirkətlərdə gender bərabərliyinə diqqət etməyi ən çox tələb edən bölgədir. Məsələn, Norveçdə şirkətlərdən idarə heyətində ən az 40% qadınların iştirak etməsini tələb edilir.  İslandiya, Finlandiya və bəzi Avropa ölkələridə oxşar tələblər irəli sürülür.
  Lakin bu tələblər müəyən şirkətlərə aiddir. Təəssüflər olsun ki, bugün Skandinaviya ölkələrində idarə heyətində kişilər üstünlük təşkil edir. Xanımları şəxsi assistant funksiyasında görmək olar. Dünya İqtisadi Formu menecerlər və rəsmilər arasında gender fərqinə görə Danimarkanı 72-ci yerdəəyyənləşdirir. Ola bilər ki, xanımlar idarə heyətinin iclaslarında iştirak edir, lakin şirkəti idarə edən qərarlar kişilərə məxsusdur. 2013-cü ildə Norveçdə 6% şirkətdə qadın rəhbərlər olub. Amerikada isə bu rəqəm 5% təşkil edib.
    Viking xanımların nəyə görə şüşə tavanı sındıra bilməmələri haqqında xeyli müzakirələr var. Sollar düşünür ki, onlar hələ də şüuraltı olaraq xürafatdan qorxurlar. Sağlar isə düşünür ki, Skandinaviyalı xanımlar uşaqların qayğısına qalmağı prioritet seçirlər. Danimarkada Aarhus Universitetinin iqtisadçısı Nina Smith 2 versiyanı irəli sürür. İlk olaraq, xanımlar kariyeralarının ilk illərində az əmək haqqı qazanırlar.  Analıq məzuniyyəti onlara uzun müddətli fasilələr götürməyə imkanverir. Kişilər isə belə anlarda təcrübə qazanmaq imkanına sahib olurlar. İkinci səbəb kimi,  Amerikalı həmkarlarından fərqli olaraq, Skandinaviyalı xanımlar evlə bağlı yardımları qaytarmaq imkanında olmurlar. Çünki bel əsəxavətli sosial yardımlar yüksək vergi ilə geri ödənməlidir. Digər tərəfdən evişlərinin ağırlığı, uşaqların məktəbdən gətirilməsi və digər işləri unutmaq olmaz. Halbuki kişilər sadəcə həftə sonları “öz” işləri üçün vaxt sərf edirlər. Buna görə də dövlət orqanları xanım işçilərə uşaqlrının qayğısına qalmaları üçün saatlar ayırır. Dövlət orqanlarında xanım rəhbər işçilərin sayı daha çoxdur. Əmək haqqına gəlincə isə kişilərin idarə etdiyi şirkətlərlə müqayisədə əmək haqqı daha aşağıdı.
   Beləliklə, həyata keçirilən siyasətlər idarəetmənin aşağı pillələrində gender fərqini azaltsa da, yuxari pillələrdə qalmaqdadır. Xanım Smith hesablayır ki, Danimarka və İsveçdə idarəetmənin yuxarı səviyyələrində qadın və kişi əmək haqlarındakı fərq son onillikdə daha da artmışdır.
   Bundan əlavə Chicago Universitetinin professoru Marianne Bertrand və onun 3 kolleqası araşdırma apararaq belə nəticəyə gəliblər ki, yüksək ixtisaslı xanım menecerlər aşağı pillələrdə çalışan xanımların inkişafı üçün heç nə etməyiblər. Eyni zamanda onlar biznes məktəbləri məzunları arasında xanımların sayının artması,  gənc xanımların biznes məktəblərində oxumağa həvəsləndirilməsi yönündə heç nə etməyiblər.

Çox anlaşılmazdır yoxsa mümkündür?

   Qadınların biznes kariyerasını mükəmmələşdirmək üçün 2 əsas vasitə tətbiq olunmuşdur: qadınlara yönəlik ssial siyasət və idarə heyəti kvotasının tətbiq olunması. Birinci qeyri-müəyyəndir, qadınların həyatını asanlaşdırır və onları dahaböyükməqsədlərə həvəsləndirmir. İkinci isə əmr xarakteri daşıyır,  xüsusi rollarda xüsusi qruplar üçün zəmanət verilmiş yerlər ayrılır.
   Lakin bütün bunlara rəğmən daha çox şey etmək olar. Qadınlar şirkətdəki rollarını anlamalı, şirkətlər isə onları cəsarətləndirməlidir.Uşaqlarının qayğısına qalmaq üçün məzuniyyət götürən xanımları xidmətin davamsızlığına görə cəzalandırmaqdançəkinməlidir. Winston Churchill 1930-cu illərdə uzun müddət siyasətin öncəbələrindən kənarda qalmışdı.Lakin İngiltərənin ona ehtiyacı olanda o, yenidən siyasətə qayıtmağı və lider olmağı bacarmışdı.

Comments

Popular posts from this blog

Uğurlu insanların heç vaxt etmədiyi 5 şey

Gülüş haqqında məlumat

"Öpüş", Fransesko Hayez