Dünyanın sadəcə 3 ölkəsində sizin meneceriniz xanim ola bilər
Beynəlxalq Əmək Təşkilatının yeni tədqiqatına görə dünya üzrə biznesin 1/3-i qadınlara məxsusdur yaxud onlar tərəfindən idarə olunur. Xanım menecerlərin sayını açıqlayan tədqiqata görə 106 ölkə arasında 59.3%
-lə Yamayka
birinci yerdədir. Xanım
menecerlərin 53%-lə çoxluq təşkil etdiyi ikinci ölkə Kolumbiyadır. 3-cü yerdə isə 52.3 % -lə Müqəddəs Lusiya dayanır.
Bu üçlükdən başqa, Filippin, Panama və Belarusiya 48,47,46 %-lə növbəti sıralarda
yer alırlar. ABŞ siyahıda 15-ci yerdədir. Bu o deməkdir ki, ABŞ-da menecerlərin 43%-i xanımlardır. Kanada 36%-la 43-cü yerdə, B.Britaniya
isə 34%-lə 49-cu yerdədir.
Siyahının aşağı
pillələrində Əlcəzair, Pakistan,
Yəmən, və 4.9 %, 3%,
2.1%-lə dayanır. Son 10 yerdə dayanan ölkələr Orta Şərq və Şimali
Afrikadandır.
Bu tədqiqatın nəticələri həvəsləndirici ola bilər. Belə ki, keçmişlə müqayisədə hazırda xanım işçilərin sayı artmaqdadır. Orta hesabla, dünyada işçilərin ¼-i
xanımlardır. Xanım menecerlərin sayı isə nəzərə çarpacaq dərəcədə artır.
Ölkələrin 80%-də
2000-ci ildən
etibarən xanim menecerlərin sayı artıb, 23 ölkədə bu artıb 17% olmuşdur. Beynəlxalq Əmək Təşkilatının direktoru D.France-Massin
hesabatda qeyd edir ki, iş yerlərində,
xüsusilə idarəetmənin yüksək pillələrində gender bərabərliyinə nail olmaq üçün uzun bir yol var.
Azərbaycan siyahıda 34.2 % -lə 48-ci yerdədir. Bir neçə ölkəni sizə təqdim edirəm. Bütöv siyahını aşağıdakı linkdə təşkilatın hesabatından əldə edə bilərsiniz:
ABŞ-
42.7 %
Ukrayna - 39.9 %
Ukrayna - 39.9 %
Fransa-
39.4 %
Rusiya-
39.1%,
Macarıstan
– 38.6%
Avstraliya
– 36.2%
İsveç
– 35.5 %
B.Britaniya-
34.2 %
Gürcüstan-
34%,
İsveçrə - 33.2%
Estoniya
– 32.8%
Norveç
– 32.2 %
Almaniya
– 31.1%
Avstriya-
30%
İspaniya-
30 %
Finlandiya
– 29.7%
Danimarka
– 28.4%
İtaliya
– 25.8 %
Çin
– 16.8 %
İran-
14.6%
Türkiyə - 12.2 %
Comments
Post a Comment