Qalstuk rəngi sənin haqqında nə deyir?
Hər birimiz qalstuk rənglərinin düzgün seçilməsi haqqında tez-tez eşidirik. Ekspertlər deyir ki, bu, sizin hansı
auditoriyada olmağınızdan asılı olamayaraq mesajınızı doğru şəkildə çatdırmağa kömək edə bilər.
Növbəti görüşünüzə hansı rəngdə qalstuk geyinəcəyinizi düşünürsünüz? Budur, hər tədbir üçün seçə biləcəyiniz mükəmməl qalstuk rəngləri:
Güclü qırmızı
Təsadüf deyil ki, bir çox siyasətçilər tünd pencək və açıq rəngli köynək ilə qırmızı qalstuk geyinirlər. Laurel,
Maylanddə (ABŞ) rəngləri araşdıran trend analist Mark Vudman deyir : “
Qırmızı gücün simvoludur. Qırmızı rəngdə həmişə qüvvə və ehtirasa işarə edən siqnallar vardır” Lakin qırmızı rəngin tonları fərqlənir. Tünd
qırmızı inam hissinin yaranmasına səbəb olursa, açıq qırmızı və çəhrayı rəng şəxsi imicdən və yaradıcılıqdan xəbər verir. Vudman qeyd edir ki, son onillikdə çəhrayı rəng xanımlar üçün “ həmrəylik” mesajını verir.
Əgər siz hansısa layihəyə rəhbərlik edirsinizsə yaxud ambisiyalarınızı çatdırmaq istəirsinizsə, cəsur parlaq qırmızı rəngə üstünlük verməlisiniz.
JPMorgan-nın
CEO-su Jamie Dimon ictimaiyyətlə danışarkən qırmızı
geyinir.
Kral bənövşəyi
Bu
rəng özünə inamı ifadə edir və uzunmüddətli ilkin təəssürat
yaratmağa kömək edir. İş görüşmələrində geyinmək daha məqsədə uyğun
sayılır. Bənövşəyi rəng ənənəvi olaraq
var-dövlət rəmzi sayılır və iş yerlərində onu geyinmək daha qəbulolunandır.
Arnold
Schwarzenegger bənövşəyi rəng geyinərək özünə inamı göstərir.
Bəzən
kişilər açıq bənəövşəyi köynəklə tünd bənövşəyi qalstuk geyinirlər. Üzərinizdə
bənövşəyi rəngin sadəcə bir tonunu daşıyaraq auditoriyaya cəsarətli olduğunuza
dair mesaj verəcəksiniz.
Qara iş
Gündəlik iş geyimlərində və idarəetmə iclaslarında geyinməkdən fərqli
olaraq, qara rəngi koteyl partilərə və lüks naharlara geyinmək mümükündür. Bu,
sizə ağıllı, mədəni insan imicini qazandıracaq.
Leanardo
DiCaprio qara qalstukla rəsmi görünür
Lakin xəbərdar olmaq lazımdır ki, qara rəng sizin təkəbbürlü və həddən artıq rəsmi
görünmənizə səbəb ola bilər. Xüsusilə də iş həyatında ön pilləyə keçməkdə olan
və keçən insanlar bu rəng qalstukdan qaçmalıdırlar. Bu situasiyada boz rəngli
qalstukdan istifadə etmək olar. Boz rəngli qalstuk gərginlik və əsəbilik mesajı
verir. Bunun qarşısını almaq üçün, onu həmişə ağ rəngli köynəklə geyinmək
lazımdır. Bu cür geyimlə müasir və zövqlü görüntüyə sahib olacaqsınız.
Bağça
tonları
Yaşıl rəng bir çox ölkələrdə
yenidən canlanmadan tutmuş pul rənginə qədər müxtəlif mesajları verə bilir. Məsələn,
İngiltərədə canlılıq və parlaqlıqla yanaşı, özgüvəni ifadə edən ənənəvi rəngdir.
Hindistanda isə yaşıl qalstuk şəxsin
tacir olmasından xəbər verir. Çində ağ qalstuk geyinmək yasda olmağı bildirir.
Təəccüblü olsa da, yaşıl rəng iş yeri üçün uğursuz
seçimdir.
Düzgün yaşıl rəngin seçilməsi əslində çətin ola bilər. Parlaq yaşıl rəng diqqəti dağıdır və ona
uyğun köynək və kostyumun tapılması olduqca çətindir. Açıq rəngli yaşıl rəngin
isə neytral rəngli köynəklə geyinilməsi məsləhət görülür.
Hong-Kongda imic konsultant Eve Roth Lindsay-ə görə
yaşəl rəng canlı rəng olduğu üçün sizi iş yoldaşlarınıza daha canayaxın biri
olaraq göstərəcəkdir. Eyni zamanda optimizmin və müsbət dünyagörünüşə sahib
olmağın işarəsidir.
Göy
rəngin 50 tonu..
Göy rəng yaxşı investisiyadır. Çünki o, insanlara sakitlik effekti
olan səma və okeanı xatırladır.
Göy rəng seçim üçün ən təhlükəsiz
rəngdir.
Göy rəng beynəlxalq güc rəngi kimi
görünür.
Naxışlı göy rəng şəxs haqqında peşəkarlıq
hissinin yaranmasına səbəb olur və qlobal biznes mühitində səhv mesaj ötürmə
ehtimalı olmadan geyinilə bilər. Açıq mavi rəng şəxs haqqında “ yumşaq və
qapalı” işarəsini verir. Tünd göy rəng həmişə çox hörmət olunan pilot
uniformasını xatırladır və bizə inam hissi bağışlayır.
Təbiətlə bir ol
Qəhvəyi, bronz, salmon, sarı və
torpaq rəngləri dost təsiri yaradan rənglər sayılır və insanlarla ünsiyyətdə
olan satıcı, müəllim və xidmət sektoru üçün ideal rəng sayılır.
Nicolaj Coster qəhvəyi rəngli
qalstukla səmimi görünür.







Comments
Post a Comment