İşçilərinizi daha xoşbəxt etməyin asan yolu
İşçi məmnuniyyəti bir çox
şirkətlərdə
aşağıdır. İnsan Resurslarının İdarə Olunması Cəmiyyətinin
hesabatına görə 2009-cu ildə
Amerikalıların yalnız 86%-i öz işindən məmnun
idi. Həmin vaxtdan
etibarən işçi məmnuniyyəti aşağı
düşməkdədir.
Bəzi şirkətlər menecerləri öz
departamentində məmnuniyyət səviyyəsinə görə məsuliyyətli hesab
edirlər. Bəziləri isə işçiləri diqqətlə hazırlanmış
və dəyərli
proqramlara cəlb etməyə çalışırlar.
Məsələn, Silikon
Vadisində istedadlı işçilərə ödənişsiz
olaraq yemək və masaj xidməti göstərilir.
Şirkətlərin işçilərini daha məmnun hiss
etmələri üçün
asan, maraqlı üsullar vardır. İşçiləri xoşbəxt etməyə çalışmaq əvəzinə, onlardan çətin işlər görmələrini istəyin. Məsələn
Resurslarının İdarə Olunması Cəmiyyətinin apardığı
sorğu göstərir ki, işçilərə öz bacarıq
və qabiliyyətlərindən istifadə imkanın
yaradılması onları daha çox məmnun edir.
Müxtəlif şirkətlərdə çalışan
1000 işçi arasında apardığımız sorğu göstərir ki, iş
yerlərindəki mübarizə artdıqca,
işçilərin məmnuniyyəti artır.
Digər araşdırmanın nəticəsinə görə, yeni işçi
3 ay ərzində seçildiyi vəzifəyə hazır
olur. Orta hesabla, 12 aydan sonra yeni
vəzifənin icrası
üçün hazır olurlar. 24 aydan sonra isə iş yerində özlərini sabit
hiss edirlər.
İndi isə öz işçilərinizi
mübarizəyə həvəsləndirən 3 sadə üsul
haqqında:
1)
Çətinlik dərəcəsini
artırın. Onlara daha mürəkkəb problemlərin həllini
tapmağı tələb edən
tapşırıqlar verin. Bu, işçinin planlı iş görməsinə səbəb olacaqdır.
Əgər işçilərin məmnuniyyəti
aşağıdırsa, onların hansı təzyiqlər altında
işlədiklərinə fikir
verin. Səbəblər limitli
resurslar, şirkətinizdəki
bürokratiya, siyasət və yaxud nəzarət
çatışmazlığı ola bilər.
2)
Onları işə yeni
başlayan işçilərə çevirin.
Onları komfort zonalarından çıxarın. Onları yüksək bacarıq və xüsusiyyətlər tələb edən problemləri həll etməyə dəvət edin. Beləliklə, onların
komfort zonaları genişlənəcək, çətin
situasiyada həll yolu taparaq qürur hissi yaşayacaqlar.
3)
Onları yeni problemə yönləndirin. Digər strategiya
isə işçilərin təcrübələrinin yeni
problemlərin həllində istifadəyə yönəldilməsidir. Məsələn əczaçılıq
şirkətində çalışan
professor xanımdan tədqiqatlarını
hüceyrə biologiyasından onkologiya sahəsinə yönəltməsini xahiş
edəndə ilk vaxtlar
o, çox tərəddüdli idi. Lakin bir neçə aydan sonra
o özünü güclü hiss etməyə başladı.
Xanım prfessor deyir : “ Mən özümü əvvəlki illərlə müqayisədə daha
mübariz, yaradıcı hiss edirəm. İndi həyatım və kariyeram
da nəzarət
altındadır. Yeni elmi ideyalar dolub daşır”.
Bu üsulları işçilərə təqdim edərkən diqqətli olmaq
lazımdır. Onların rəhbərliklə yanaşı,
azadlığa da ehtiyacı var. Onları düzgün öyrədin və onları təhlükəsizliklə təmin etməyə daim hazır
və istəkli olun.
Maaş artımı, vəzifə artımı, bonuslar
limitlidir. İşçilərin mübarizə və inkişafa həvəsləndirilməsi işçi məmnuniyyətini artıran
ən effektiv
üsullardan biridir.

Comments
Post a Comment