Həyat yoldaşınızın xarakterindəki bir xüsusiyyət həqiqətən sizin kariyeranıza təsir edir
İş həyatı və kariyeranın
yüksəlməsinə mane olan səbəblər
çoxumuza məlumdur. Lakin tədqiqatlar
göstərir ki, həyat
yoldaşınızla yaxşı münasibətləriniz sizin
iş yerinizə emosional, koqnitiv və fiziki qüvvə gətirməyinizə səbəb olur. Digər tərəfdən onun
xarakteri iş nəticələrinizə- gəlir, vəzifədə yüksəliş- təsir edir. Beləliklə, bu mövzuda
daha diqqətli olmalıyıq. Vaşinqton Universitetinin
professorları Brittany C. Solomon
and Joshua J. Jackson sorğu nəticələri və xarakter xüsusiyyətlərini nəzərə alaraq, bu mövzuda olan araşdırmanın nəticəsini elan edir.
İnsan xarakterinə təsir edən “böyük beşlik”
xüsusiyyətləri bunlardır:
- Qapalı olmamaq, insanlarla ünsiyyətə meyilli olmaq
- Razılaşan olmaq
- Əsəbilik
- Dürüstlük
- Açıqfikirlilik
Lakin araşdırma göstərir ki, həyat yoldaşın dürüst
və ehtiyatlı xarakteri gender fərqi olmadan işçinin
kariyerasına təsir edən əsas amildir.
Aşağıda həyat
yoldaşınızın xarakterinin gəlirlər, yüksəlmə və iş məmnuniyyətinə təsiri göstərilmişdir.
Tədqiqatçılar bunun səbəbini tapmağa da müvəffəq olublar. Belə ki:
- İlk olaraq, həyat yoldaşınız ev işlərini üstlənərək, sizin işə fokslanmağınıza imkan yaradır.
- Dürüst həyat yoldaşı işçinin evlilikdən daha məmnun qalmasına səbəb olur.
- İşçilər dürüst həyat yoldaşlarının çalışqan vərdişlərini təqlid etməyə çalışırlar
Bu o demək deyil ki,
sizin uğurunuz kiminləsə münasibətdə olmaqdan
asılıdır. Subay və işdə çox uğurlu
olan xeyli sayda insan vardır. Faktiki olaraq, araşdırmalar göstərir ki,
subay şirkət rəhbərləri digərlərindən fərqli olaraq aqressiv şəkildə investisiya
yatıırır və daha böyük risk götürürlər.
Əlbəttə, insanların şəxsi münasibətlərdə zədələnməsi qaçınılmazdır. Bu isə öz növbəsində iş həyatına təsir edir. İstər rəhbərlər, istərsə də kolleqalar şəxsi münasibətlərin iş məhsuldarlığına təsirini nəzərə alaraq, işçilərə fasilə və telefonla danışmaq imkanı verməlidir. Lakin onlar sizin münasibətinizdəki problemləri həll etmək üçün kömək təklif etməməlidir. Ümumiyyətlə, tədqiqatçılar məsləhət görür ki, iş yerində şəxsi həyatdan danışmaqdan imtina etmək lazımdır. Bu, daha yaxşı iş mühiti yaradır.

Comments
Post a Comment