Daha nəzakətli görünmək üçün 4 söz
Nəzakətli olmağın
sirrləri haqqında yəqin ki, çox
eşitmisiniz. Yeni tanışlarla söhbət zamanı
suallar soruşulur və sanki sən söhbətin axmasına
təkan verirsən. Lakin yaxşı olardı ki, “ bu çətin şəraitdə necə yaşayırsan,
ay sonuna necə çatdırırsan?” tipli suallardan uzaq olaq. Məsələn, kokteyl
partydə gözəl bir xanıma
yaxınlaşıb “ Nə işlə məşğulsunuz?
Harada işləyirsiz” sualından sonra “ Bəli, işiniz
necə də maraqlıdır.
Eyni zamanda çətin görünür”. Dünyada hər kəs düşünür
ki, onun işi çətindir.
Medium post-da yazar Paul Ford başına gələn əhvalatı
yazır: “ Bir dəfə partyə getmişdim və işi Harry
Winston zərgərlik məhsullarını
satmaq olan gözəl bir xanımla tanış oldum. Mən ona
maraqsız işlə məşğul
olduğunu deyib, onu məyus edə bilərdim, lakin
ona işinin çətin və zəhmət tələb edən olduğunu
söylədim. O, parlamağa başladı və 30 dəq fasiləsiz safirlər və Jessica
Simpson haqqında danışdı”.
Paul Fordun bizə təsvir etməyə çalışdığı
şey tədqiqat dairələrində “
emapatiya” adlanır. Empatiya bir çox psixoloqlar tərəfindən əməkdaşlıq,
problem həll etmək və ümumilikdə insan fəaliyyəti üçün
vacib amil hesab edirlər. Araşdırmaçılar empatiyanı insanları bir-birinə bağlayan və harmonik
münasibətlər yaradan “
sosial yapışqan” adlandırırlar. Empatik insanlar digərlərini kiçik səhvlərə görə bağışlamağa
meyilli olurlar.
Empatiya insanlara daha alicənab davranmağa kömək edir. Lakin təəssüflər olsun
ki, cəmiyyətimizdə bəzi insanlar bu xüsusiyyəti itirmək üzrədirlər. Son
araşdırmalar göstərir ki, 1970-ci illərdən bəri kollec tələbələri daha az
empatik olmağa başlayıblar. Alimlər deyirlər ki, hadisələri müxtəlif aspektlərdən
görə bilmək üçün bədii ədəbiyyat oxumaq gərəkdir.
Nəzakətli olmağa
dair müxtəlif ideyalar vardır. 1700-ci illərdə Britaniya
filosofu Lord Shaftesbury “ nəzakət” anlayışını
başqa insanların özləri və bizim
haqqımızda müsbət fikirdə olması üçün
sözlərimizi və hərəkətlərimizi
ağılla idarəetmə kimi izah
edir. Biz həmyaşıdlarımız arasında sosial çevrəmizi
artırmaq üçün nəzakətlə davranırıq.
1999-cı ildə çəkilmiş “
Blast from the Past” filmində maraqlı
izaha rast gəlmək olur: “Davranışlar
bizim onların qayğısına qalmağımızı göstərən bir vasitədir”
İnsanların həyatının çətinliyini anladığınızı göstərmək sizi
istənilən kokteyl partydə yaxşı insan kimi görünməyinizə səbəb olacaqdır. “Empatiya”,
“nəzakətlilik” yaxud “davranışlar” nəinki insanlararası münasibətlərin başında dayanır,
həm də onları bir arada saxlayır.

Comments
Post a Comment