35 saatlıq iş həftəsi mifi


Kollektiv düşüncəyə görə 2 Avropa vardır:
İşsizliyin az oldugu və dinamik iqtisadiyyata malik Şimal Sənaye Avropası;
Və aktiv olmayan Cənub. Burada insanlar sadəcə dünyada baş verənləri izləyir.

   Əlbəttə ki, bir çox insan 35 saatlıq iş həftəsini, uzun qəlyənaltı fasiləsini və uzun məzuniyyətin olduğu Fransanı seçərdi.  Bu ölçü ilk dəfə olaraq 2000-ci ildə qəbul edilmişdir. Qeyd edək ki, bundan əvvəl Fransada iş saatlarının qanuni müddəti 39 saat idi.  
Bu ölkədə “mavi yaxalıqlar” 35 saat işləyir. Lakin ağ yaxalıqların iş saatları ( ağ yaxalıqlar Fransız dilində cadres adlanır) həftəyə görə dəyişə bilir. Məsələn ABŞ-da ağ yaxalıqlar işləri bitənə qədər işləyirlər. Lakin ABŞ-dan fərqli olaraq Fransada 35 saatdan əlavə olan iş saatları şirkət tərəfindən ödənilir. Qeyd edək ki, Fransada şirkət işçilərinə istirahət günləri ayrılır. Məsələn, 2013-cü ildə orta hesabla mütəxəssislərə 9 istirahət günü verilmişdir.
Lakin vəziyyət  dəyişməyə başlayıb. Fransa Dövlət Statistikasının məlumatına görə 2010-cu ildə mavi yaxalıqlar 35 saatdan artıq işləyib. Full-time işləyənlərin 50%-i əlavə saatlara görə ödəniş alıb. Fransız iqtisadçı ekspert Jean-Marie Perbost deyir ki, rəqəmlər 2013-cü ildə daha yüksək idi.

Sadəcə  Fransa yox

   Yalnız Fransada iş saatlarının miqdari reallıqdan fərqli deyil. Məsələn, İspaniyadakı real iş saatları ölkə imici ilə zidiyyət təşkil edir.  Məsələn, Pablo Martinez ( Madriddə baş satış meneceri olaraq çalışır) deyir ki, 8.00-da işə başlayır və 18.0-dan tez ofisdən çıxa bilmir. Və davam edir : “ İndi hər şey beynəlxalq bazarlarla ayaqlaşmaq üçün dəyişib.  Kompyuter qarşısında nahar etmək adət halına çevrilib. Lakin 20 il əvvəl mən işləməyə başlayanda İspaniyada belə adət yox idi”.
Faktlara əsaslansaq, Avropada həftə üzrə full-time iş saatları  nəzərə çarpacaq dərəcədə eynidir. Eurostatın* 2008-ci il hesablamalarına görə Avrozonada həftə üzrə  orta iş saatı 41 saatdan az, Fransada isə 40 saatdan az olmuşdur. Norveçdə 39 saat, Avstriyada isə bir qədər çox, 43 saat olmuşdur.  İş saatlarının azlığına görə  Avropda belə bir fikir hökm sürür ki,  Fransızlar  çox işləmir.
İş saatları dedikdə full-time iş nəzərdə tutulur. Lakin Avropada 15 ildir davam edən part-time iş mexaizmi işləməkdədir. Bu trend 2008-ci ilin qlobal maliyyə böhranından sonra daha da artmağa başladı.
Avropa Parlamenti tərəfindən maliyyələşdirilən, mərkəzi Brüsseldə yerləşən Avropa Yaşıllar Fondunun araşdırmasına görə işsizliyin aşağı olduğu Niderland, B.Britaniya, Danimarka, İsveç və Almaniya part-time iş mexanizmini tətbiq edir. Eurostatın 2012-ci il hesablamaları da eyni statistikanı göstərir.  Fransada isə orta hesabla part-time iş həftəsi 23.3 saatdır.


 *Eurostat- Avropa Komissarlığının Baş Direktorluğu. yerləşir. Onun vəzifəsi Avropa İttifaqının institutlarını statistik məlumatlarla təmin etməkdir. Mərkəzi Lüksemburqda yerləşir. 

Comments

Popular posts from this blog

CV hazırlayarkən edilməli olanlar və olmayanlar

"Öpüş", Fransesko Hayez