İncəsənət stressə qalib gəlir
İtaliyada həyata keçirilən araşdırmaya görə incəsənət stressi azaldır və sağlamlığa müsbət təsir göstərir. Bologno Universitetinin araşdımasına görə rəsm əsərlərinə baxmaq stress hormonu olan kortizolun səviyyəsini 60% -a qədər azaldır. Araşdırmanı həyata keçirmək üçün professor Enzo Gross 100 nəfərlik dərnək qrupunu Cuneo şəhərində mədəniyyət-sənət gəzintisinə apardı. İştirakçıların gəzintidən əvvəl və sonra tüpürcək nümunələri götürüldü. Təxminən 2 saatlıq incəsənət gəzintisindən sonra nümunələrdə kortizol səviyyəsi 60% azaldı. İştirakçıların 90%-i gəzintidən sonra özlərini daha yaxşı hiss etdiklərini dedilər. Qeyd edək ki, kortizolun yüksək səviyyəsi depressiyadan gastrtitə qədər psixoloji və fiziki bir neçə xəstəliyə səbəb ola bilər.