Posts

Showing posts from February, 2016

Yeni məzunlar niyə görə iş tapa bilmir?

Image
İş dünyası hələ də innovativ  məzunlar tapa bilməməkdən şikyaətlənir. İnternet üzərindən iştapma saytı olan CareerBuilder-in İngiltərə və Hindistanda apardığı araşdırmaya görə yeni məzunlarda çatışmayan bacarıqlar aşağıdakı kimidir: Problem həll etmə- Hindistan 60%, İngiltərə 40% Yaradıcı düşünmə- Hindistan 56%, İngiltərə 59% İnsanlararası ünsiyyət- Hindistan 50%, İngiltərə 49% CareerBuilder hər bir məzunun tarixçəsində təcrübə proqramının önəmli olduğunu qeyd edir. Lakin bu təcrübə proqramının müddəti və keyfiyyəti olduqca önəmlidir. Məzun həqiqətən də iş yaxud layihə üzərində işləyib yoxsa işçilərə çay,qəhvə daşıyıb?! Görəsən işverənlərin tələbləri reallıqdan uzaqdır yoxsa yeni məzunlar öz bacarıqlarını düzgün qiymətləndirmir? Bu haqda müxtəlif fikirlər vardır.  Georgetown Universitetinin Təhsil və İşgücü Mərkəzinin rəhbəri Anthony Carnevale təhsil müəssisələrinin karyera və təcrübə mövzusuna daha diqqətli olmalı olduqlarını vurğulayır. Çünki işverənlər elmi bi