Posts

Showing posts from November, 2015

9 kiçik biznes etiketi

Image
Biznes Etiket üzrə ekspert Barbara Patcher hər bir mütəxəssisin bilməli olduğu 9 əsas biznes etiket qaydaları haqqında yazır: 1) Təqdim olunan zaman həmişə ayaq üstündə durmağa çalışın.  Ayaq üstdə dayanmaq sizin varlığınızı hamıya göstərir və kimsənin sizə məhəl qoymasına mane olur. Əgər sizin ayağa qalxmaqla bağlı probleminiz varsa, qarşıya doğru uzanıb əl uzadın. Bu, sizin ayağa qalxmaq istədiyinizi göstərəcək.  2) Biznes görüşləri zamanı bütöv adınızdan istifadə edin. Əgər ad və soyadınız uzundursa, qarşı tərəfə sizə qısa formada necə müraciət edə biləcəyini deyin.  3) Əgər ev sahibisinizsə yaxud daha yüksək rütbətli şəxssinizsə, əl sıxmağa ilk siz cəhd edin.  Bəzən gender fərqinə görə kimin birinci əl uzatmasında fikir qarışıqlığı meydana gəlir. Patcher yazır ki, bu zaman aşağı rütbəli kişi çəkinmədən qadına əl uzatmalıdır. Amerikada əl sıxmaq biznes salamlaşması hesab olunur. Belə ki, siz əgər Amerikada ciddi qəbul olunmaq istəyirsinizsə, əl sıxmağı və