Posts

Showing posts from August, 2015

"Öpüş", Fransesko Hayez

Image
İki aşiqin ehtirasla öpüşməsini təsvir edən bu əsər İtalyan Romantizminin ən unudulmaz nümunələrindən biridir.  Rəssam F. Hayez 2 obrazdan daha çox, "öpüş" -ün ön plana çıxmasına çalışmış və əminliklə deyə bilərik ki, buna nail olmuşdur.  Üzləri görünməyən gənc qadın və kişi gizli sevgilərini bəyan edirlər. Rəsm əsərinə baxarkən hiss etmək olur ki, bu, onların adi öpüşü deyildir; onlar birlikdə deyillər və ola bilməzlər. Kişinin qadını qucaqlaması və sol ayağını pilləkana qoyması dərhal qaçacağını göstərir. Digər tərəfdən sol əli ilə kişini zərifcə qucaqlayan qadın sevgilisinin gedişinə mane ola bilməyəcəyini görmək olur. Hər iki sevgili bu görüşün qısa müddətli olduğunu bilir və ürkək şəkildə bir-birlərini qucaqlayırlar.  Hayez bütün bu sadəliklə yanaşı diqqətimizi digər məqamlara yönəldir. Əsərin solundakı qaranlıq giriş və görünən kölgə izləyiciyə qorxu hissi verir. Hiss etmək olur ki, bu. sevgililərə yaxınlaşan təhlükəli insanın kölgəsidir. Bütün bu qaranlıqlara r